Ronaldo: "Real" mənsiz də çox güclüdür"

21:25 | 05.12.2013
Ronaldo: "Real" mənsiz də çox güclüdür"

Ronaldo: "Real" mənsiz də çox güclüdür"

"Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo yenidən maraqlı açıqlamaları diqqət çəkib.

Qol.Az-ın məlumatına görə, portuqaliyalı futbolçu "Real"ın onsuz da güclü olduğunu bildirib:

"Real" mənsiz də çox güclüdür. Komanda yoldaşlarım son oyunlarda bunu sübut etdilər. Qaret Beyl son iki oyunda əla oynadı. O, komandaya gözləniləndən də yaxşı adaptasiya oldu və hazırda yüksək səviyyədə çıxış edir. Özümü yaxşı hiss edirəm və tam hazıram. Qarşıda bizi iki çətin səfər matçı gözləyir. "Osasuna" və "Valensiya" ilə oyunlarda qələbə qazanmaq üçün əlimdən gələni edəcəyəm".

Qeyd edək ki, Ronaldo La Liqada "Almeriya" ilə oyunda zədələnmişdi.

Qol.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb