"Real"ın futbolçusu Kriştiano Ronaldo "Qızıl top" mükafatını qazanacağı təqdirdə belə heç bir gəlir əldə edə bilməyəcək.Qol.Az-ın goal.com-a istinadən verdiyi məlumata görə, buna səbəb FİFA ilə "Adidas" şirkəti arasındakı müqaviləsidir. Hər iki tərəf arasında anlaşmaya əsasən, "Qızıl top"un sponsoru "Adidas"a məxsususdur.Portuqaliyalı hücumçu “Adidas”ın rəqibi olan “Nike” firmasını rəsmən reklam etdiyi üçün bu mükafata sahib olsa belə, əlavə heç nə qazanmayacaq. Ronaldo "Qızıl top"u nə reklamda, nə də hansısa bir başqa mərasimdə istifadə edə biləcək.Qeyd edək ki, Ronaldo ilə yanaşı, Frank Riberinin də əsas sponsporu "Nike"dir. Mükafata digər namizəd Messi isə "Adidas" reklam edir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !