Ronaldo: "Terror sadəcə müsəlmanlar tərəfindən edilmir"

13:17 | 02.02.2015
Ronaldo:

Ronaldo: "Terror sadəcə müsəlmanlar tərəfindən edilmir"

Bir neçə il öncə fələstinlilərə etdiyi yardımla gündəmə gələn Kriştianu Ronaldo yenidən müsəlmanlara dəstək olub.

ANN.Az "Qafqazinfo”ya istinadən xəbər verir ki, Portuqaliyada jurnalistlərin suallarını cavablandıran ulduz hücumçusu "dünyada baş verənləri müsəlmanların üzərinə yıxmaq lazım deyil” deyib.

O, Fransada "Şarli Hebodo” dərgisinə olan terror hücumu ilə bağlı suala cavab verib: "Tam olaraq nə söyləməli olduğumu bilmirəm. Dünyanın hər yerində terror var. Bu hadisələri İslam dini üzərinə yıxıb onları günahlandırmaq yanlışdır. Terror sadəcə müsəlmanlar tərəfindən edilmir. Dünyadakı bütün ölümlərə eyni şəkildə təpki göstərilməlidir.

İngiltərədə və oynadığım klublarda, elə "Real”dad a hər kəs belə düşünür. Hər kəs eyni şey fikirləşməlidir. Bir dinin üzərinə yüklənmək lazım deyil. Əks-halda çox pis hadisələr baş verə bilər”.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM