"Real"ın futbolçuları Kriştiano Ronaldo və Serxio Ramos cəzalandırıla bilər.Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, hər iki oyunçu La Liqada "Barselona" ilə matçdan sonta görüşün hakimi Mallenko haqda sərt fikirlər səsləndirmişdi. Ronaldo FİFA referisinin bu cür matçları idarə edə biləcək səviyyədə olmadığını demişdi. Ramos isə onu verilən qırmızı vərəqənin yanlış qərar olduğunu bildirərək Mallenkonun hakimlikdən uzaqlaşdırılmasını tələb etmişdi.Bu açıqlamaların ardından Hakim Komitəsi İntizam Komitəsinə müraciət edərək hər iki oyunçunun cəzalandırılmasını istəyib. Ramos və Ronaldonun pulla cəzalandırılacağı gözlənilir.Qeyd edək ki, bundan əvvəl Pep Qvardiola "Barselona"da işlədiyi dönəmdə hakimi tənqid etmiş və pul ödəmək məcburiyyətində qalmışdı.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !