İspaniyanın “Real Madrid” klubunun və Portiqaliya yığmasının hücumçusu Kriştianu Ronaldonun anası Doloreş Aveyru şok etirafla çıxış edib.
“Qafqazinfo”nun sportnet.az-a istinadən verdiyi məlumata görə, Aveyru avtobioqrafiyasında Ronaldoya hamilə qaldığı vaxtlarda abort etdirmək istədiyini bildirib.
O, deyib: “Yenidən hamilə qaldığımdan, körpədən qurtulmaq niyyətində idim. 30 yaşım var idi və 3 uşağımız dünyaya gəlmişdi. Üstəlik, ailəmiz çox kasıb yaşayırdı və ərim az qazanırdı. Lakin həkimlər bu prosedurun qəti əlehinə çıxdılar. Bu səbəbdən, doğmalı oldum”.
Qeyd edək ki, Kriştianu Ronaldo ötən ilin ən yaxşı futbolçusu sayılıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !