"Mançester Yunayted"ə qayıdan Kriştianu Ronaldu İngiltərə Premyer Liqasının ən yüksək ödənişli futbolçusu olacaq.
"Report"un "Daily Mail"ə istinadən məlumatına görə, 36 yaşlı hücumçu həftədə 560 000 avro əmək haqqı alacaq.
Siyahıda ikinci yeri "Çelsi"nin forvardı Romelu Lukaku (525 000 avro) ikinci yeri tutur. "Üçlüy"ü "Mançester Siti"nin yarımmüdafiəçisi Kevin de Bröyne (450 000 avro) qapayır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !