"Yuventus"un portuqal hücumçusu Kriştianu Ronaldu bildirib ki, oyunçu karyerasını tamamladıqdan sonra məşqçi ola bilər.
Anews.az goal.az-a istinadən xəbər verir ki, ulduz futbolçu məşqçi ola biləcəyini istisna etməyib:
"Məşqçi karyerası? Mən belə variantı istisna etmirəm".
34 yaşlı hücumçu 2002-ci ildən peşəkar səviyyədə oynayır. O, ümumilikdə 800-dən çox matçda iştirak edib, 600 qol vurub və 213 məhsuldar ötürmə verib. Ronaldu həmçinin "Qızıl top"un beşqat sahibidir. Portuqaliyalı çıxış etdiyi dörd klubun hər birinin heyətində azı bir qənimət qazanıb. Onların ümumi miqdarı 27-dir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !