Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu İngiltərənin "Mançester Yunayted" klubunun yeni kapitanı ola bilər.
37 yaşlı hücumçu hazırkı kapitan Harri Maquayrı əvəzləyəcək.
Buna səbəb ingiltərəli müdafiəçinin tez-tez azarkeşlərin tənqidinə məruz qalmasıdır. Yekun qərar "qırmızı şeytanlar"ın baş məşqçisi Erik ten Haqla Rinaldu arasından söhbətdən sonra qəbul olunacaq.
Kriştianu Ronaldu ötən mövsüm 38 oyunda meydana çıxıb. O, 24 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Mənbə - Report.az
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !