Ronaldudan rekord və yubiley

14:52 | 11.12.2013
Ronaldudan rekord və yubiley

Ronaldudan rekord və yubiley

 İspaniyanın “Real Madrid” klubunun futbolçusu Kriştianu Ronaldu Çempionlar Liqasında vurduğu qol sayında məhsuldarlıq rekordu müəyyənləşdirib. Lent.az-ın məlumatına görə, portuqaliyalı hücumçu qrup mərhələsinin 6-cı turunda Danimarka “Kopenhagen”i ilə matçda da fərqlənərək, hesabındakı qolların sayını 9-a çatdırıb.Amma Ronaldu bu qədər qolu 5 oyuna vurub və hər bir qarşılaşmada ən azı 1 topun müəllifi olub. O, “Qalatasaray”la Türkiyədəki oyunda “het-trik” etsə də, cavab matçını zədə səbəbindən buraxıb. Ulduz futbolçu qalan topları İtaliyanın “Yuventus” və Danimarkanın “Kopenhagen” komandalarının qapısından keçirib. Əvvəlki məhsuldarlıq rekordu hərəyə 8 dəfə fərqlənmiş  Ernan Krespo, Filippo İnzagi (hər ikisi 2002-2003 mövsümü) və Rud van Nistelroya (2004-2005) məxsus olub.Digər tərəfdən, Ronaldunun “Kopenhagen”ə vurduğu qol “Real Madrid” üçün Çempionlar Liqasında 800-cü olub. Bu göstəricidə madridlilər Almaniya “Bavariya”sı (542 qol), İspaniya “Barselona”sı (487 qol), İngiltərə “Mançester Yunayted”I (464 qol) və İtaliya “Milan”ı (415 qol) kimi klubları geridə qoyub. Avropa kuboklarında isə “kral klubu” ümumilikdə 972 qol vurub. Çempionlar Liqasındakı 800 topdan əlavə, UEFA Kubokuna 111, Kuboklar Kubokuna 57, Superkuboka 4, Qitələrarası Kuboka 10 qol təsadüf edib.Qeyd edək ki, “Real Madrid” “Kopenhagen”i 2:0 hesabı ilə yenib. 25-ci dəqiqədə Luka Modriç, 48-ci dəqiqədə isə Kriştianu Ronaldu fərqlənib. Ronaldu daha bir qol vurmaq imkanını isə 89-cu dəqiqədə penaltini dəqiq yerinə yetirə bilməyərək, qaçırıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM