Portuqaliyanın futbol üzrə yığmasının və İtaliyanın "Yuventus" komandasının hücumçusu Kriştianu Ronaldu karyerasını Turin klubunda davam etdirmək istəyir.
"Report” xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport” bildirib.
Məlumata görə, portuqal hücumçunun agenti Jorje Mendeş artıq "Yuventus" rəhbərliyinə Ronaldunun müqaviləni 2023-cü ilin iyununa qədər uzatmaq arzusu barədə məlumat verib. Turin klubunun rəhbərliyi fikirləşmək üçün vaxtın verilməsini xahiş edib, çünki "Yuventus" koronavirus pandemiyasına görə Ronaldunun ildə 31 milyon avro təşkil edən maaşını çətinliklə ödəyib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !