“Rosneft” Asiya ölkələrinin neft ixracatındakı payını 77%-ə çatdırıb

16:05 | 07.12.2022
“Rosneft” Asiya ölkələrinin neft ixracatındakı payını 77%-ə çatdırıb

“Rosneft” Asiya ölkələrinin neft ixracatındakı payını 77%-ə çatdırıb

2022-ci ilin yanvar-sentyabrda "Rosneft” MDB-dən kənar ölkələrə ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 4,8% artıraraq 77,3 milyon tona, o cümlədən Asiyaya – demək olar ki, üçdə biri artaraq 52,4 milyon tona çatdırıb. Bu barədə şirkətin hesabatında bildirilib.

"Qeyri-MDB ölkələrində neft satışının strukturunda Asiya istiqamətinin payı rekord həddə - 77%-ə çatıb”, - şirkətdən bildiriblər. İxrac tədarükü "MDB-dən kənar ölkələrdə satış kanallarının uğurlu optimallaşdırılması sayəsində” artıb.

Ümumilikdə şirkətin bütün bazarlarda neft satışı 3,3% artaraq 86,9 milyon tona çatıb. Daxili bazarda neft məhsullarının satışı 6,5% artaraq 31,1 milyon ton təşkil edib.

Rosneft-in xalis mənfəəti bu dövrdə bir il əvvəl 696 milyard rubla qarşı 591 milyard rubl təşkil edib. "Xalis mənfəətin dinamikası əsasən qeyri-monetar amillərin təsiri ilə bağlı olub", - şirkətdən bildiriblər.
 
Mənfəətin azalmasına ən əhəmiyyətli təsir şirkətin Almaniyadakı aktivlərinin (neft emalı zavodunun) Almaniyanın Federal Şəbəkə Agentliyinə xarici idarəetməyə verilməsi olub. Şirkətin bu aktivlərə yatırdığı sərmayələrin ümumi məbləği 5 milyard dolları ötüb ki, bu da "tarixi dəyərin və onların genişləndirilməsi və inkişafına qoyulan investisiyaların cəminə uyğundur", - Rosneft vurğulayıb. Şirkət davamlı olaraq aktivlərin qiymətləndirilməsinə mühafizəkar yanaşma nümayiş etdirir, buna görə də Almaniya aktivlərinin dəyərinin böyük hissəsi əvvəlki dövrlərdə qorunub saxlanılıb.

Şirkətin gəliri 15,7% artaraq 7,202 trilyon rubla çatıb. Vergi və xərclərdən əvvəl mənfəət 21,8% artaraq "2,014 trilyon rubl olan doqquz aylıq rekord dəyərə çatdı. Marja da 28% rekord səviyyəyə yüksəlib.


2022-ci ilin sentyabrında Almaniya hökuməti Rosneft-in törəmə şirkətlərini - Rosneft Deutschland və RN Refining & Marketing-i Federal Şəbəkə Agentliyinin nəzarəti altına keçirdi. Almaniyada törəmə istehsal şirkəti olan Rosneft Deutschland GmbH Almaniyanın emal gücünün 12%-ni idarə edir. Şirkət Almaniyada səhmləri Rosneft-ə məxsus olan üç neft emalı zavodunun - PCK Raffinerie GmbH, MiRO neft emalı zavodu, Bayernoil neft emalı zavodunun təchizatı və satışını idarə edir.
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM