“Rossiya 1” telekanalında Azərbaycana qarşı təxribat

19:39 | 08.12.2014
“Rossiya 1” telekanalında Azərbaycana qarşı təxribat

“Rossiya 1” telekanalında Azərbaycana qarşı təxribat

Rusiyanın "Rossiya 1” telekanalında yayımlanan "Vladimir Solovyovla bazar axşamı" verilişində Azərbaycana qarşı təxribata yol verilib.

ANN.Az APA-ya istinadən xəbər verir ki, Ukraynadakı siyasi vəziyyətə, Donbas və Luqansk vilayətlərində baş verən proseslərə həsr olunmuş verilişdə aparıcı Vladimir Solovyov Dağlıq Qarabağdan söhbət açıb.

Belə ki, qondarma "Donetsk və Luqansk xalq respublikaları"nın mövcudluğu və gələcək perspektivləri müzakirə olunan zaman Rusiya Dövlət Dumasının sabiq deputatı, tanınmış politoloq Boris Nadejdin Donetsk və Luqanskın heç bir zaman müstəqil siyasət həyata keçirə bilməyəcəyini, orada yaşayanların iqtisadi vəziyyətinin heç vaxt düzəlməyəcəyini söyləyib.
 
O, həmin ərazilərin Rusiyaya, ya da Ukraynaya tabe olmasının vacibliyini bildirib. Bu zaman aparıcı V. Solovyov "Bəs Dağlıq Qarabağ bu gün necə mövcuddur?" sualı ilə B. Nadejdinə müraciət edib. Politoloq Dağlıq Qarabağın bir dövlət kimi mövcud olmadığını, həmin ərazilərin de-fakto Ermənistanın tərkib hissəsi olduğunu bildirib. V. Solovyov isə buna etiraz edərək Dağlıq Qarabağın "müstəqil" olduğunu əsaslandırmağa çalışıb, vaxtilə ora baş çəkdiyini diqqətə çatdırıb.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti