ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısı genişləndirib.Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ABŞ "Rossiya Seqodnya” media qrupuna və onun baş direktoru Dmitri Kiselevə qarşı tam bloklayıcı sanksiyalar tətbiq edib.
Agentlik media qrupu ilə maliyyə əməliyyatlarının noyabrın 13-dək tamamlanmasını tələb edən ümumi lisenziya verib.
Sentyabrın 4-də ABŞ hakimiyyəti Rusiya mediasına qarşı sanksiyalar tətbiq edib. Daha sonra "Rossiya Seqodnya” media qrupu və onun RİA Novosti, RT və Sputnik də daxil olmaqla media qurumları məhdudiyyətlərə məruz qalıb. Sanksiyalar "Rossiya Seqodnya” və RT telekanallarının baş redaktoru Marqarita Simonyana da tətbiq edilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !