Rostov-Bakı reysi bərpa olunur

16:42 | 05.06.2015
Rostov-Bakı reysi bərpa olunur

Rostov-Bakı reysi bərpa olunur

Azərbaycan Hava Yolları (AZAL) iyunun 12-dən etibarən Rostov-na-Donu beynəlxalq hava limanından Bakıya reysləri bərpa edir.

Oxu.Az xəbər verir ki, bu barədə "Rostov-na-Donu hava limanı” ASC məlumat yayıb.

Azərbaycanın paytaxtına reyslər həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri 106 kreslolu Embraer-190 təyyarəsində həyata keçiriləcək. Rostov və Bakı arasında məsafə 1125 km, uçuş vaxtı 2 saatdır.

Reyslər Heydər Əliyev beynəlxalq hava limanına həyata keçiriləcək. Rostov-na-Donudan Bakıya birbaşa reyslər payızın əvvəlinə qədər davam edəcək.  

Xatırladaq ki, 2014-cü ildə AZAL Rostov-na-Donudan reyslər həyata keçirirdi. O zaman yay mövsümündə təxminən 4000 sərnişin daşınmışdı.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM