Türkiyə yığmasının keçmiş futbolçusu, uzun illər “Fənərbaxça”da çıxış edən, hazırda milli komandaların koordinatoru olan Rüştü Rəcbərin 6 yaşlı oğlu Məhmət Burak futbola başlayıb.Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, o, "Qalatasaray"ın aşağı yaş qrupu üzrə komandasına qəbul edilib.6 yaşlı Burak "Fənərbaxça" azarkeşi olsa da, "Cim-bom"da oynamağı seçib. Səbəb isə "Qalatasaray"ın azyaşlı uşaqlar üçün yaş məhdudiyyətinin daha aşağı olmasıdır.R.Rəçbərin oğlunun həm hücumçu, həm də qapıçı olaraq oynadığı bildirilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !