• $
  • €
  • ₽
  • ₺
  • £

Rüsumsuz ticarət mağazaları yaradılacaq

Rüsumsuz ticarət mağazaları yaradılacaq
19.11.2013 12:30

Baş nazir Artur Rasizadə rüsumsuz ticarət mağazalarının yaradılması və onların fəaliyyətinin tənzimlənməsi qaydalarını təsdiq edib. 

Lent.az-ın məlumatına görə, bu qaydalar Gömrük Məcəlləsinin müvafiq maddəsinə əsasən hazırlanıb.

Mağazanın fəaliyyətinə nəzarət onların yaradıldığı ərazi üzrə gömrük orqanı tərəfindən həyata keçiriləcək.

Mağazanın yaradılmasına icazə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi  tərəfindən veriləcək.

Təsdiq olunmuş qaydalarda mağazaya dair tələblər də öz əksini tapıb. Belə ki mağazalar beynəlxalq hava limanının gömrük nəzarəti zonasında, beynəlxalq dəniz limanının gömrük nəzarəti zonasında, gömrük sərhəd buraxılış məntəqələrinin gömrük nəzarəti zonalarında; xarici dövlətlərin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin və konsulluqlarının başçıları və diplomatik heyətinin üzvləri, habelə onlarla birlikdə yaşayan ailə üzvləri üçün digər gömrük nəzarəti zonalarında yaradıla bilər.

Gömrük və müvəqqəti saxlanc anbarlarında yerləşdirilmiş mallar mağazanın anbarına gömrük nəzarəti altında çatdırılacaq.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
İqtisadiyyat 07:37
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol