Ruben Vardaryan istefa verdi

16:32 | 23.02.2023
Ruben Vardaryan istefa verdi

Ruben Vardaryan istefa verdi

Fevralın 23-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi "Qondarma Dağlıq Qarabağ Respublikası"nın prezidenti Arayik Arutyunyan saxta "dövlət naziri" Ruben Vardaryanı vəzifəsindən uzaqlaşdıraraq, yerinə "saxta" respublikanın baş prokuroru Qurgen Nersisyanı təyin edib. Bu barədə Ermənistan mətbuatı xəbər paylaşıb. 
 
Fevralın 8-də Ruben Vardaryanın Moskvaya getməsi barəsində Ermənistan mətbuatında xəbərlər yayılmışdı və qeyd olunmuşdu ki, o Qarabağa qayıtdıqdan sonra könüllü istefa verə bilər. 
 
Bir neçə gün öncə prezident İlham Əliyev Münhendə Ermənistanın baş naziri Nikol Paşinyanla panel çıxışında bildirmişdi ki, Azərbaycan Vardaryanın birmənalı olaraq getməsini tələb edir. 
 
2022-ci ilin sentyabrın 1-də erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan Qarabağa köçdüyünü və Rusiya vətəndaşlığından imtina etdiyini açıqlayıb. 
 
"Qondarma Dağlıq Qarabağ Respublikası"nın prezidenti Arayik Arutyunyan Ruben Vardanyanı 2022- ci il noyabrın 4- də dövlət naziri təyin edib.

Forbes jurnalına görə, Vardanyanın 1 milyard dolları var. 2021-ci ilin sonuna sahibkar Rusiyanın 200 ən varlı iş adamı reytinqində 116-cı yeri tutub. 2020-ci ildə isə o, bu siyahıda 103-cü yerdə idi.
 
Gülnar Nazimqızı 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti