Ruben Vardaryanın həbs müddəti uzadılıb

10:58 | 18.10.2024
Ruben Vardaryanın həbs müddəti uzadılıb

Ruben Vardaryanın həbs müddəti uzadılıb

Səbail Məhkəməsi Bakıda həbsdə olan qondarma Dağlıq Qarabağ Respublikasının "dövlət naziri” olan Ruben Vardanyanən həbs müddətinin uzadılması ilə bağlı qərar qəbul edib. 
 
Mayın 16-da Bakıda həbsdə olan qondarma Dağlıq Qarabağ Respublikasının "dövlət naziri” olan Ruben Vardanyanın həbs müddəti Səbail Rayon Məhkəməsinin qərarı 5 ay uzadılıb. 
 
Bundan öncə yanvarın 25-də onun həbs müddəti 4 aylıq uzadılıb. 

Erməni mətbuatında Ruben Vardanyan aprelin 5-dən  aclıq aksiyasına başladığı söylənilib.

2023-cü il sentyabrın 27-də Azərbaycanın sərhəd xidməti Ruben Vardanyanı Qarabağdan Ermənistana qaçmaq istəyərkən saxlayıb və barəsində  həbs qətimkan tədbiri seçilib.
 
Vardanyan bir neçə maddə üzrə, o cümlədən terrorçuluğu maliyyələşdirmə, qanunsuz silahlı birləşmələrin yaradılmasında və fəaliyyətində iştirakda ittiham olunur. Onu 14 ilə qədər həbs gözləyir.

Ruben Vardanyan "Troyka Dialoq” investisiya şirkətinin keçmiş sahibi, Skolkovo biznes məktəbinin təsisçisidir. O, Forbes jurnalına görə, Rusiyanın ən varlı adamları siyahısına daxil edilib.
 
2022-ci ilin sentyabrında Vardanyan Rusiya vətəndaşlığından imtina edib və Xankəndinə gələrək separatçl rejimə rəhbərlik etməyə başlayıb.  O, 2022-ci ilin noyabrından 2023-cü ilin fevralına kimi qondarma Dağlıq Qarabağ Respublikasının hökumət başçısı olub.
 
Vardanyanın oğlu bildirib ki, "onun yanvarda gözlənilən məhkəməsi maya  təxirə salınıb”.

Hazırda Vardanyan, qondarma rejimin keçmiş "liderləri” ilə birlikdə Bakıda həbsdədir. Ruben Vardanyana Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürülüb.
 
Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM