Rubl sürətlə ucuzlaşır, dollar 72 rubla qalxdı

11:25 | 09.03.2020
Rubl sürətlə ucuzlaşır, dollar 72 rubla qalxdı

Rubl sürətlə ucuzlaşır, dollar 72 rubla qalxdı

Martın 9-da hərrac başlayandan dərhal sonra Brent markalı neftin qiyməti 30%-dən çox ucuzlaşıb, bu  barədə Vedomosti nəşri məlumat yayıb.
 
 
Bu, neft hasilatını azaltmaq üçün OPEC+ sazişinin iflasının nəticəsində olub. Bəzi ekspertlər xəbərdarlıq edir ki, qarşıdakı günlərdə qiymətin daha da enməsi və yeni bir qlobal maliyyə böhranının olacağı istisna edilmir. 


"Brent” neftinin may fyüçersləri Qitələrarası birjada bir barel üçün 27% ucuzlaşaraq 35,6 dollara satılıb. WTI-nin aprel fyuçersləri isə bir barel üçün 32,6 dollar (-26,5%) dəyərində olub.


Neftin qiymətinin düşməsindən sonra dollar və avronun rubl qarşısında məzənnəsi də beynəlxalq valyuta bazarında artıb. Dollar 73,29 rubla (2016-cı ilin mart ayından bu yana maksimum), avro 82,2 rubla (2016-cı ilin fevralından bu yana maksimum) yüksəlib. İndi dollar 72,77 rubla, avro 83,79-a satılır.
ABŞ-da SP 500 fyuçerslərinin elektron ticarəti 5%-dən çox itirildikdən sonra dayandırılıb.


UPD. Neft ucuzlaşmağa davam edib və indi 31 dollardan bir az yuxarı qiymətə satılır.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb