Rubl yenidən ucuzlaşdı

15:06 | 29.12.2014
Rubl yenidən ucuzlaşdı

Rubl yenidən ucuzlaşdı

Moskvanın valyuta birjasında rus rublunun məzənnəsi düşüb, dollar və avro yenidən əhəmiyyətli dərəcədə artıb.

ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, ABŞ və Avropa valyutaları əvvəlki günlərlə müqayisədə 4 rubl bahalaşıb. Beləliklə, bir dollar 58 rubl, bir avro 70,5 rubl təşkil edir. Rusiyanın iqtisadiyyat naziri Aleksey Ulyukaev "Biznes FM" radiosuna müsahibəsində deyib ki, ötən il əhali 30 milyard dollardan çox nəğd valyuta əldə edib.

Xatırladaq ki, Rusiya valyutası dekabrın 22-dən etibarən birjada güclənmişdi. Dolların məzənnəsi 1,8 rubl aşağı düşərək 53 rubl, avronun məzənnəsi isə 3 rubldan çox enərək 65 rubla çatmışdı.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti