“Rublun aşağı düşməsində isə nefti “günahlandırırlar”

19:51 | 17.12.2014
“Rublun aşağı düşməsində isə nefti “günahlandırırlar”

“Rublun aşağı düşməsində isə nefti “günahlandırırlar”

"İndi heç kəs rubla çata bilmir. Hətta, sosial şəbəkələrin isti xəbərləri də rublun amplitudasından geri qalır”.
 
ANN.Az AzNews.az-a istinadən xəbər verir ki, bu sözləri rg-rb.de saytının ("Rus Almaniyası”) müxbiri Arseni Kamatozov yazıb:

"Rublun aşağı düşməsində isə nefti "günahlandırırlar”. Mən indi bu məqaləni yazanda bir avro üçün (söhbət dünəndən gedir) 91 rubl istəyirlər. 2 saat bundan öncə isə 100 rubl tələb edirdilər. 1-ci gün avro 80 rubl olmuşdu. İndi heç bir ekspert rublun trayektoriyasını müəyyən edə bilmir. Bu gün hələ sona çatmayıb. Yəqin günün sonu dünənki gündən daha acınacaqlı olacaq. Rubl isə neftdən ayrılaraq sərbəst halda uçuruma yuvarlanır.
 
Ekspertlər hesab edir ki, Rusiya bankları rəhbərliyə aid olan bonus və dividentləri qorumaqla milli valyutanı "öldürməyə” çalışır. Digərlərinin fikrincə, hakimiyyət bonuslara görə gizli şəkildə çoxlu rubl çap edərək onu bazara yönəldib. Heç kəsə sirr deyil ki, dekabr ayında Rusiya şirkətləri rublla olan aktivlərini dollara yönəldib.
 
Mərkəzi Bankın sabiq sədr müavini Sergey Aleksaşenko jurnalistlərə deyib ki, hakimiyyətə yaxın olan şirkətlərə 20 milyard avro həcmində kredir kimi pul verilib. Bu, isə rubla qarşı yönəlib. Burda kiminsə "qara əli” görsənir. O "qara əl” rublu dünya valyutalarına nisbətdə 3 rəqəmli ədədə doğru aparırlar”.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti