Rusiyanın fond bazarını çöküb.
ANN.Az Fins.az-a istinadən xəbər verir ki, rublun qiymətdən düşməsi nəticəsində Rusiya şirkətlərinin səhmləri də sürətlə ucuzlaşıb. Xatırladaq ki, dekabrın 15-də 1 dollar 64,4 rubla, 1 avro isə 78,8 rubla dəyişdirilir.
Nəticədə Rusiyanın fond bazarı indeksi olan "RTS" 10% azalıb. "Bloomberg" agentliyinin hesablamalarına görə, dekabrın 15-də Rusiyanın bütün şirətlərinin səhmləri 384,9 milyard dollar təşkil edib. Nəticədə hazırda səhmləri birjada satılan Rusiya şirkətlərinin ("Qazprom", Sberbank, "VTB", "Lukoyl" və s.),) ümumi bazar qiyməti "Apple" şirkətindən ($643,9 mlrd) təqribən 2 dəfə, "Microsoft"dan isə ($386,6 mlrd) 1,7 mlrd. dollar aşağıdır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !