Rublun qiyməti düşməkdə davam edir

19:30 | 20.08.2015
Rublun qiyməti düşməkdə davam edir

Rublun qiyməti düşməkdə davam edir

Moskva birjasında fevraldan bəri ilk dəfə olaraq avronun kursu 75 rublluq həddi keçib.

Bundan bir qədər əvvəl dolların məzənnəsi yüksələrək yarım ildə maksimum həddə - 67 rubla çatmışdı.

Rublun dəyərdən düşməsi neft qiymətlərinin enişi ilə paralel olaraq baş verir.

Çərşənbə günü 1 barrel Brent neftinin qiyməti 47 dollar olub.

Avqustun 20-də neft ucuzlaşmaqda davam edərək səhər satışında bir barrel üçün 46, 8 dollar olub.

Neftin qiyməti ABŞ-da neft ehtiyatlarının vəziyyətinə dair hesabat açıqlandıqdan sonra kəskin enib.

Amerikada xam neft ehtiyatı 14 avqustadək bir həftə ərzində, günə 2,6 milyon barrel artıb.

Rusiya hakimiyyəti ümid edir ki, bu il üçün neftin orta qiyməti 50 dollar təşkil edəcək. //bbc.com/azeri

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM