Rublun ucuzlaşması bu ölkələrin iqtisadiyyatına təhlükə törədir - Siyahı

20:26 | 19.01.2015
Rublun ucuzlaşması bu ölkələrin iqtisadiyyatına təhlükə törədir - Siyahı

Rublun ucuzlaşması bu ölkələrin iqtisadiyyatına təhlükə törədir - Siyahı

Ermənistan, Gürcüstan, Ukrayna, Özbəkistan və digər ölkələr Rusiyadan pul köçürmələrindən əhəmiyyətli dərəcədə asılıdır.

ANN.Az Modern.az-a istinadən xəbər verir ki, Britaniyanın "The Guardian” qəzetinin yazdığına görə, rublun məzənnəsinin aşağı düşməsi bu ölkələrin bəzilərində siyasi situasiyaya da təsir edir.

Qəzet Dünya Bankının məlumatına istinad edərək xəbər verir ki, ümumilikdə bu öləkər 2015-ci ildə 10 milyard dollar itirə bilərlər. İqtisadi çətinlik səbəbindən keçmiş SSRİ respublikalarından olan mühacirlər Rusiyanı tərk etmək haqda düşünürlər.

Britaniya qəzeti əlavə edir ki, regionun iqtisadiyyatı bir-biri ilə əlaqəlidir və Rusiya rublunun düşməsi qonşuların da valyutasının effektliliyinə təsir göstərir. "The Guardian” qeyd edir ki, artıq Türkmənistanın valyutası artıq dəyərsizləşib və bu təhlükə Qazaxıstan tengesinin də gələcək taleyinə təsirsiz ötüşməyəcək.

Dünya Bankının məlumatına görə, Ermənistan iqtisadiyyatın 21 faizi, Gürcüstan iqtisadiyyatının 12, Qırğızıstanın 31,5, Moldovanın 25, Tacikistanın 42, Ukraynanın 5,5, Litvanın 4,5, Azərbaycanın 2,5, Özbəkistan iqtisadiyyatının 12 faizi asılıdır.    

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti