Həmçinin belə söhbətlər də gəzir ki, Rusiyada baş verən son olaylardan sonra Azərbaycanın maşın bazarında qiymətlərin enməsi baş verə bilər.
ANN.Az Modern.az-a istinadən xəbər verir ki, Rusiyada baş verənlərin Azərbaycanın maşın bazarına təsirindən danışan ekspert Ramil Osmanlı açıqlamasında Rusiyada yaşanan hadisələrdən istifadə edib Azərbaycana maşın gətirənlərin olduğunu deyib.
"Rusiyada avtomobillərin qiymətinin azalması faktı var və bu tendensiya sürətlə dərinləşir. Hətta bəzi şəxslər bu vəziyyətdən istifadə edib, qazanc məqsədilə ölkəyə Rusiyadan avtomobil gətirirlər. Bu, daha çox Rusiya istehsalı olan "Niva” və "Lada Priora” markalarında özünü göstərir. Bundan başqa, Rusiyada populyar olan bəzi xarici markaların da "Avro 4” standartlarına cavab verən modellərinin az sayda gətirilməsi müşahidə olunur. Amma bu hadisələr Azərbaycan bazarında avtomobil qiymətlərinin azalmasına təsir göstərmir. Anoloji avtomobillər və bütövlükdə bütün markalar üzrə qiymətlər stabildir”.
Ramil Osmanlının sözlərinə görə, Rusiya iqtisadiyyatında baş verənlər Azərbaycana təsir etməyəcək.
"Soruşsanız "gələcəkdə təsir edə bilərmi?”, cavab olaraq deyim ki, buna böhranın Azərbaycan iqtisadiyyatına təsir göstərməsi səbəb ola bilər. Amma müşahidələr göstərir ki, mövcud iqtisadi böhran daha çox Rusiya iqtisadiyyatında və bazarlarında baş verir. Bu prosesin bizə təsir edəcəyini düşünmürəm”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !