Iran prezidenti Həsən Ruhani ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heylini Əhvaz şəhərində baş verən terror aktı ilə əlaqədar söylədiyi fikirləri tənqid edib.
Oxu.Az xəbər verir ki, o, fikirlərini "Twitter” hesabında yazıb.
"Amerikalı məmur Əhvazda baş verən terror aktı ilə bağlı dəhşətli sözlər dedi və məsuliyyəti İran hökumətinin üzərinə atdı. Biz 11 sentyabr haqqında eyni sözləri desəydik, amerikalılar nə düşünərdi?” - Ruhani bildirib.
Sentyabrın 22-də Əhvaz şəhərində keçirilən hərbi parad zamanı naməlum şəxslərin ətrafdakılara atəş açması nəticəsində 25 nəfər ölüb. İran XİN rəhbəri hadisəyə görə məsuliyyəti regiondakı terrorçulara sponsorluq edənlərin və onların amerikalı müttəfiqlərinin üzərinə atıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !