İran prezidenti Hassan Rouhani deyir ki, Suriya lideri Basha al-Assad-ın hakimiyyətdə qalmalı olmasını Qərb ölkələri ümumilikdə qəbul edib. "Düşünürəm ki, bu gün hər kəs terrorçuları dəf etməyimiz üçün Prezident Assad-ın hakimiyyətdə qalmalı olmasını qəbul edib,” Rouhani sentyabrın 27-də CNN televiziyasına deyib.
İranla Rusiya Assad-ı dəstəkləyir. Qərb isə onun hakimiyyətdən getməsini tələb edir.
"Suriyada məqsədimiz terrorçuları məhv etməkdir, mərkəzi hökuməti gücləndirməkdən başqa yolumuz yoxdur,” Rouhani deyib. O, Birləşmiş Ştatların həbsdəki iranlıları buraxacağı halda Tehranın da 3 amerikalını azad edəcəyini vurğulayıb.
ABŞ-a BMT Baş Məclisə gəlmiş Rouhani NPR-a da müsahibə verib. Deyib ki, İran Suriyada postmüharibə dövrü üçün "fəaliyyət planı”nın müzakirəsinə hazırdır.
İran daha öncə Vaşinqtonun Suriya müharibəsinə siyasi həll tapmaq cəhdlərinə qatılmayıb. Ancaq Rouhani onu da əlavə edib ki, İD-lə savaşan ölkələr birlikdə hərəkət etməlidir, Assad rejimi də fəaliyyəti planının müzakirəsinə qoşulmalıdır. Birləşmiş Ştatlar daha öncə bənzər təklifləri rədd edib. /Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !