"Mən bu uğura görə Allaha minnətdaram və İran xalqının əzəməti və səbri qarşında baş əyirəm. Bu şərəfli qələbə münasibəti ilə hamını təbrik edirəm!”, deyə Ruhani yazıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Barak Obama İran üzərindən sanksiyaların götürülməsi haqqında fərman imzalayıb.
Bundan əvvəl Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) İranın nüvə proqramına dair hesabat dərc edib. Hesabatda İranın nüvə proqramına dair sazişin implementasiyası (əməli icrası) üçün Tehranın bütün tələbləri yerinə yetirdiyi qeyd olunub.
Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Federika Mogerinidə Aİ-nin İrana tətbiq etdiyi sanksiyaların götürüldüyünü bəyan edib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !