Ruhani Trampın çıxışını sərt tənqid edib

11:00 | 14.10.2017
Ruhani Trampın çıxışını sərt tənqid edib

Ruhani Trampın çıxışını sərt tənqid edib

İran prezidenti Həsən Ruhani Press TV telekanalının efirində canlı yayımda çıxış edərək, ABŞ lideri Donald Trampın sözlərini tənqid edib.

anews.az-ın xəbərinə görə, Ruhani bildirib ki, Trampın İran xalqı barədə çıxışı yalnız təhqir və əsassız ittihamlardan ibarətdir.

Həsən RuhaniABŞ prezidentini beynəlxalq öhdəliklər, qlobal etika və ədəb qaydalarını bilmək üçün dünya tarixi və coğrafiyanı oxumağa dəvət edib.

Ruhani Trampın 2015-ci ildə İranla "altılıq” (Rusiya, Böyük Britaniya, Çin, ABŞ, Fransa və Almaniya) arasında imzalanmış nüvə sazişinə yenidən baxılması tələbini rədd edib. İran prezidenti bəyan edib ki, saziş dəyişilməz qalacaq:

"Bu, İran və ABŞ arasında imzalanmış saziş deyil, onu pozmaq olmaz”.

H.Ruhani həmçinin bildirib ki, ABŞ-ın məqsədi İranda iqtisadiyyat və investisiyaya ziyan vurmaq və Hərtərəfli Birgə Fəaliyyət  Planının pozulmasına nail olmaqdır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM