Ruhaninin müavini: “Ölkə qadınlarının 10 faizi narkomandır”

16:22 | 01.09.2014
Ruhaninin müavini: “Ölkə qadınlarının 10 faizi narkomandır”

Ruhaninin müavini: “Ölkə qadınlarının 10 faizi narkomandır”

İran prezidenti Həsən Ruhaninin qadınlar və ailə məsələləri üzrə azərbaycanlı müavini Şəhindoxt Mövlaverdi avqustun 31-də qatıldığı bir tədbirdə narkomaniyadan danışıb.

“Media forum” saytının məlumatına görə, Şəhindoxt Mövlaverdi deyib ki, ölkədə gənc qızların və qadınların narkotik maddələrə meyl etməsi ciddi narahatlığa səbəb olub: “Rəsmi statistika göstərir ki, ölkə qadınlarının 10 faizi narkomandır. Bu rəqəm getdikcə artır. Qızlar arasında narkomaniya yaşının azalması, onların müxtəlif təhlükəli narkotik maddələrə meyl etməsi böyük bir problemə çevrilib.

Ölkə narkomanlarının 62 faizini evli kişilər təşkil edir. Bu isə onların xanımlarını və uşaqlarını müxtəlif təhlükə və zorakılıqlara məruz qoyur. Boşanmaların 55 faizi narkomaniya ilə əlaqələndirilir”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti