İran prezidenti Həsən Ruhaninin səfəri zamanı Kapitoliyada yerləşən Roma muzeylərinin çılpaq heykəlləri örtülüb.
Oxu.Az xəbər verir ki, bu barədə "BBC -Ukrayna” məlumat yayıb.
İtaliya hakimiyyəti iranlı liderin hisslərini təhqir etməməyə çalışıb.
Həmçinin İtaliya höküməti iranlı prezident üçün açılan süfrədən şərabı kənarlaşdırıb. İran spirtli içkidən istifadəya qarşı sərt qanunları olan ölkələrdən sayılır.
Ruhani yanvar ayının 26-da, İran prezidentini "regionda sülh naminə bütün Yaxın Şərq ölkəlrəi ilə əməkdaşlığa” çağıran Roma Papası Fransisk ilə görüşüb
İran prezidenti Həsən Ruhaninin İtaliyaya səfəri zamanı ümumi dəyəri təxminən 17 milyard olan sazişlər imzalanıb.
İran rəhbərinin yanvar ayının 25-də başlayan Avropa turnesi beş gün davam edəcək.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !