Ruhi əsəb dispanserindən qaçanlardan birinin ailəsi danışdı - VİDEO

18:04 | 22.11.2013
Ruhi əsəb dispanserindən qaçanlardan birinin ailəsi danışdı - VİDEO

Ruhi əsəb dispanserindən qaçanlardan birinin ailəsi danışdı - VİDEO

Xırdalan şəhər sakini 29 yaşlı Hacıyev Razim Ramiz oğlunun ailə üzvləri onun 6 yaşından xəstə olduğunu bildiriblər.

Maştağa ruhi xəstəxanasından qaçan ruhi xəstələr hardadır? Anspress yazır ki, indi bu sual həm sakinləri, həm xəstəxananın personalını, eyni zamanda hüquq mühafizə işçilərini ən çox düşündürən sualdır. Çünki bir şöbədə müalicə alan bu xəstələr həm də cinayətkardılar. Onlar bir neçə cinayət törətməkdə günahkar bilinirlər.

Bu ruhi xəstələr hələ ki tapılmasa da, ANS-in “Salam Azərbaycan” verilişinin əməkdaşı Natiq Nailəoğlu onlardan birinin evini tapmaqla onun barəsində dəyərli məlumatlar əldə etmişdi. Natiq indi də onlardan ikincisinin ailəsində olub və ruhi xəstələrin axtarışında lazım ola biləcək məlumatlar əldə edib.

Maştağada yerləşən ruhi əsəb xəstəxanasından qaçan 4 nəfərdən biri də Xırdalan şəhər sakini 29 yaşlı Hacıyev Razim Ramiz oğludur.

Ailə üzvləri Razimin 6 yaşından xəstə olduğunu bildirdilər. Ailə üzvlərinin bildirdiyinə görə, həkimlər Razimin sağalmaz ruhi xəstəlikdən əziyyət çəkdiyini bildiriblər. Hacıyevlər ailəsinin digər oğlu da hazırda məhkumluq həyatı yaşayır.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb