Ruhi xəstələrin dispanserdən qaçışını təşkil edən şəxsin adı bəlli oldu

15:16 | 26.11.2013
Ruhi xəstələrin dispanserdən qaçışını təşkil edən şəxsin adı bəlli oldu

Ruhi xəstələrin dispanserdən qaçışını təşkil edən şəxsin adı bəlli oldu

Bakıda ruhi xəstəxanadan qaçan şəxslərlə bağlı maraqlı faktlar məlum olub.APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, dispanserdən xəstələrin qaçmasını Yusif Məhərrəmov təşkil edib. Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə təqsirləndirilərək cəzaya məhkum olunmuş Y.Məhərrəmov məhkəmənin qərarı ilə bir neçə aylıq məcburi müalicəyə cəlb edilib. Bu ayın sonunda Y.Məhərrəmov müalicəsini başa vuraraq yenidən həbsxanaya qaytarılacaqmış. Həbsxanaya qayıtmaq istəməyən Y.Məhərrəmov bir qrup xəstə ilə təmasa girərək xəstəxanadan qaçmaq planı qurub. Nəticədə özü də daxil 4 nəfər xəstəxanadan qaçmağa müvəffəq olub. Qaçan xəstələrdən biri, 23 yaşlı Elvin Nəsrullayev bir neçə gün əvvəl könüllü olaraq geri qayıdıb. Digər şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Qeyd edək ki, noyabrın 15-də saat 06.15 radələrində Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Psixiatriya Xəstəxanasında müalicə olunan, Cinayət Məcəlləsinin 177, 178, 181 və 310-cu maddələri ilə təqsirləndirilən Binəqədi rayon sakini Tural Abbasov, Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə təqsirləndirilən Elvin Nəsrullayev və Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə təqsirləndirilən Xırdalan şəhər sakini Razim Hacıyev və Şahbuz rayon sakini Yusif Məhərrəmov orada xidmətdə olan Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları - polis serjantı Vasif Rzaquliyevə və mülki mühafizəçi Tahir Dərgahova dəmir parçası ilə müqavimət göstərərək qapının qıfılını sındırıb oradan qaçıblar. Onu da əlavə edək ki, noyabrın 16-da Ruhi Psixiatriya Xəstəxanasından xəstələr qaçan zaman xidmətdə olan polis əməkdaşı, 1978-ci il təvəllüdlü Rəşad Nurəddin oğlu Həsənov özünü binadan ataraq intihar edib.  ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM