"Report" "France Press"ə istinadən xəbər verir ki, bu haqda hakim Rumıniya Sosial Demokratik Partiyasının təmsilçisi Liviu Draqnea bildirib.
Baş nazirin istefa verməsinə səbəb ölkə paytaxtı Buxarestdəki "Colectiv" adlı gecə klubunda baş verən yanğın olub.
Oktyabrın 31-də baş verən həmin hadisə nəticəsində 32 nəfər həyatını itirib, 200-ə yaxın insan müxtəlif dərəcədə yanıb.
Qeyd
edək ki, Buxarestdə və ölkənin başqa şəhərlərində yanğınla bağlı etiraz
yürüşü keçirilib. Aksiya iştirakçıları baş nazir Viktor Ponta və daxili
işlər naziri Qabriel Oprinin istefasını tələb edirdilər. Etirazçılar
onları korrupsiyaya himayədarlıq etməkdə günahlandırırlar. Aksiya
iştirakçıları bildirib ki, baş nazir və daxili işlər nazirinin bu əməli
nəticəsində gecə klubunda faciə baş verib.
www.ann.az