Rumınyanın baş naziri Dacian Ciolos bildirib ki, Kişinau Beynəlxalq Valyuta Fondunun istədiyi islahatları yerinə yetirməyincə Moldovaya vəd olunan 5 illik kreditin ilk hissəsi verilməyəcək.
O bunu yanvarın 26-da Buxarestdə Moldovanın yeni baş naziri Pavel Filiplə keçirdiyi birgə mətbuat konfransında deyib.
60 milyon avro Rumınyanın Moldovaya ayırdığı 150 milyonluq paketin tərkib hissəsidir.
Bu razılaşma 2015-ci ilin oktyabrında imzalanıb.
Moldova bu krediti illik 1,5 faizlə götürüb.
Beynəlxalq Valyuta fondu yanvarın 20-də bildirib ki, Moldovada köklü islahatlar aparılmalı və bank sistemində idarəçilik möhkəmləndirilməlidir.
Qeyd edək ki, hazırda korrupsiya qalmaqalına görə Moldovada siyasi böhran yaşanır.
Pavel Filipin yanvarın 20-də baş nazir təyin edilməsi ölkədə etirazlara səbəb olub. /Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !