Rumınca Moldovanın dövlət dili oldu

12:25 | 06.12.2013
Rumınca Moldovanın dövlət dili oldu

Rumınca Moldovanın dövlət dili oldu

Moldovanın Konstitusiya məhkəməsi ölkənin Müstəqilliyi haqqında Qətnamənin Ana Yasa üzərində aliliyini əsas götürərək, rumın dilini dövlət dili elan edib.

 

Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, bu haqda qurumun sədri Aleksandr Tenas Liberal –İslahatçılar Partiyasından olan deputat Anna Qutsun sorğusunu cavablandırarkən bildirib.

 

Moldova Ana Yasasına görə ölkənin dövlət dili moldovancadır.

 

«Müstəqillik haqqında Qətnamə Ana Yasanın ayrılmaz tərkib hissəsidir. Məsələyə yanaşmada ayrılıq yaranarsa, o zaman Qətnaməyə üstünlük verilir. Gələcəkdə müxalifət və başqa vətəndaşlarımızın bizi suçlandırmaq üçün başqa əsaslarının olmayacağına ümid edirəm» -deyə, Qutsu bildirib. 

Lent.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb