• $
  • €
  • ₽
  • ₺
  • £

Rus bölməsində müəllim işləmək üçün 2300 nəfər sənəd verib

Rus bölməsində müəllim işləmək üçün 2300 nəfər sənəd verib
15.07.2019 19:30
Bu il ümumtəhsil müəssisələrində müəllim işləmək üçün müraciət edən namizədlərin 2300 nəfəri rus bölməsi üzrə sənəd verib.

Trend-in məlumatına görə, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib.

Onun sözlərinə görə, Azərbaycan bölməsinə bir fənn üzrə sənəd verənlərin sayı 2000 nəfər olduğu halda, rus bölməsində bu say 40-dır.
M.Vəliyeva rus bölməsində müəllim işləmək üçün müraciət edənlərin sayının az olduğunu da nəzərə çatdırıb:

"Ötən il müəllim işləmək üçün müraciət edən 51 min namizədin 46 min nəfəri müsabiqəyə buraxıldı. Bu il isə müraciət edən 54 687 nəfərin 48 204-ü imtahanda iştirak üçün təsdiq cavabı alaraq müsabiqəyə buraxılıb. Müsabiqədə iştirakla bağlı ana dili, ingilis dili, riyaziyyat fənləri üzrə müraciətlər daha çox daxil olub".

İndiyədək 10 fənn üzrə test imtahanının keçirildiyini xatırladan nazir müavini Bakıda müəllim işləmək istəyənlər üçün keçid balının daha yüksək olduğunu da vurğulayıb: "Bakı üçün keçid balı 48-dir. Amma neçə ildir elə ixtisaslar var ki, məsələn, ingilis dili fənni üzrə müəllimlər 52 balla işə qəbul oluna bilmirlər. Çünki bu ixtisas üzrə müraciət edənlər daha yüksək nəticə əldə edirlər".

M.Vəliyeva qeyd edib ki, ötən il ərzində imtahan nəticəsi əsasında təhsil sistemində 12 min nəfər daimi əsaslarla işə qəbul olunub. Onların arasında yerdəyişmə əsasında işə qəbul edilənlər də var.

Qeyd edək ki, bu gün ibtidai sinif müəllimi olmaq istəyən namizədlər imtahan verir.
İmtahanlar iyulun 24-dək davam edəcək.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Cəmiyyət 17:09
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol