Casus qalmaqalında adı hallanan Anna Çapman Antalyada qadın geyimlərindən ibarət öz brend mağazasını açmaq niyyətindədir.ANS PRESS-in “interfax”a istinadən verdiyi xəbərə görə, kolleksiyanın Rusiya ərazisində fevral ayında satışı planlaşdırılır. Əvəlcə Çapmanın geyimləri internet-mağaza tərəfindən satılacaq. Daha sonra bir neçə ticarət mərkəzində mağazaların açılması nəzərdə tutulub.Xatırladaq ki, Çapman və daha doqquz Rusiya vətəndaşı ABŞ-da 2010-cu ilin iyun ayında casus fəaliyyətində təqsirkar bilinərək həbs olunublar. 2010-cu ilin oktyabr ayından Çapman İnvestisiyalar və İnnovasiyalar üzrə Fundservicebankın prezidentinin müşaviri təyin edilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !