2015-ci ildən etibarən Rusiyada çalışmaq istəyən bütün əcnəbilərin rus dilini bilib-bilmədiyi məcburi şəkildə yoxlanacaq.APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu Rusiya Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romodanovski deyib. O bildirib ki, Dövlət Dumasında müvafiq qanun layihəsinə baxılır: “2015-ci il yanvarın 1-dən Rusiyada çalışmaq istəyən bütün xarici ölkə vətəndaşları - yüksək ixtisaslı mütəxəssislər istisna olmaqla – rus dili, Rusiya tarixi və Rusiya qanunvericiliyinin əsasları ilə bağlı məcburi testə cəlb olunacaqlar”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !