Rus əsgər erməni ailəsini məhv etdiyini boynuna aldı

16:39 | 22.01.2016
Rus əsgər erməni ailəsini məhv etdiyini boynuna aldı

Rus əsgər erməni ailəsini məhv etdiyini boynuna aldı

Bu gün Ermənistanın Gümrü şəhərində Avetisyan ailəsinin üzvlərinin qətli ilə bağlı növbəti məhkəmə iclası keçirilib.
 
APA-nın "news.am” saytına istinadən verdiyi məlumata görə, iclasda ittiham aktı səsləndirilib. Hakim Artyun Movsisyanın sədrliyi ilə keçirilən iclasda rusiyalı hərbçi Valeri Permyakov günahını boynuna alıb və özünü təqsirli bildiyini deyib. Hakimin onun məhz nədə özünü təqsirli bildiyi sualına V. Permyakov "hər şeydə” cavabını verib.
 
Xatırladaq ki, ötən il yanvarın 12-də Avetisyanlar ailəsinin 7 üzvü Gümrüdəki 102 saylı Rusiya hərbi bazasında xidmət edən Valeri Permyakov tərəfindən qətlə yetirilib. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti