Rus ordusu Krımda şok əməliyyat keçirdi

23:24 | 10.03.2014
Rus ordusu Krımda şok əməliyyat keçirdi

Rus ordusu Krımda şok əməliyyat keçirdi

Krımın Bağçasaraydakı Ukrayna hərbi hissəsinin döyülmüş komandiri Vladimir Sadovnik dünya gündəminə gəlib və ruslar tərəfindən döyüldüyünü boynuna almayıb

Rusiya ordusu Krımın Bağçasaray şəhərində bir gün öncə qaçırdığı Ukrayna komandirini təslim etmək üçün girdiyi Ukrayna hərbi hissəsini ələ keçirib.

ANS PRESS-in məlumatına görə, film ssenarisinə bənzəyən əməliyyat 15 rus əsgəri tərəfindən gerçəkləşdirilib. Sərbəst buraxılan polkovnik-leytenant Vladimir Sadovnikin isə döyüldüyü bildirilir. Rus əsgərlərinə milislər də yardım edib. Vladimir Sadovnik Ukraynanın Bağçasaraydakı hərbi hissəsinin komandiri olub. 

Bir gün qabaq qaçırılan polkovnik-leytenant Sadovnik də hissənin qarşısında çıxış edib. Sadovnik çıxışında deyib: «Ruslar məni 1,5 gün qonaq etdilər. Mənimlə yaxşı davrandılar. İndi burada hissəmdəyəm . Hər şey filmlərdəki kimi oldu». "Gözünüzün altındakı qaralar nədir? Sizə işgəncə veriblər?" sualına isə "Xeyr, mən yalnız yıxılmışam",- deyə gülərək cavab verib. Sadovnikin gözünün altının qaraldığı, burnunda və alnında qan və yara izləri olduğu müşahidə edilib.

Bağçasaraydakı hərbi hissənin ələ keçirilməsi ilə Rusiya ordusunun Krımda ələ keçirdiyi Ukrayna hərbi hissələrinin sayı 13-ə çatıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM