Kremlə yaxınlığı ilə seçilən Siyasi Araşdırmalar İnstitutunun direktoru, Rusiya İctimai Palatasının üzvü Sergey Markov ermənilərin iddialarını alt-üst edəcək açıqlama verib.
Axar.az xəbər verir ki, o, öz Feysbuk səhifəsində Dağlıq Qarabağ və ətraf rayonların Azərbaycana məxsus olduğunu, azərbaycanlıların əsrlər boyunca bu ərazilərdə yaşadığını və rəsmi Bakının hərbi potensialının zəbt olunmuş bölgələrini geri qaytarmağa bəs etdiyini vurğulayıb.
Markov bildirib ki, əksəriyyət Azərbaycan-Ermənistan təmas xəttində baş verənləri Ukrayna hadisələri ilə eyniləşdirməyə cəhd edir. O, bu yanaşmanı yanlış baxış adlandırıb:
“Azərbyacan müharibə istəmir, sadəcə, yaranmış vəziyyətdən yararlanaraq ona məxsus torpaqları – Şuşanı və digər rayonları geri qaytarmağa çalışır. Bu torpaqlar ermənilər tərəfndən zəbt olunub. Bu ərazilərdə daim azərbaycanlılar yaşayıb. 25 ildən çoxdur ki, Ermənistan bu torpaqları boş saxlayırlar və hesab edirlər ki, Dağlıq Qarabağın guya müstəqilliyini tanıdacaqlar. Amma Azərbaycan öz hərbi üstünlüyünü nümyiş etdirir. Hansı ki, son 15 il ərzində artan iqtisadiyyatı nəticəsində mükəmməl ordu quruculuğu siyasətini həyata keçirib. Müəyyən məqamlarda Ermənistanı dəstəkləyən Rusiya və ABŞ-ın hazırda başı başqa problemlərə ,Ukraynadakı hadisələrə qarışıb. Ermənistan isə heç yada düşmür”.
Xatırladaq ki, Rusiya prezidentinin iştirakı ilə Soçidə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü nəzərdə tutulub. Hakim dairələrə yaxınlığı ilə seçilən Markovun belə bir fikirlərlə çıxış etməsi müəyyən mətləblərdən xəbər verir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !