Rus politoloqu: " Nə qədər ki, hakimiyyət radikal millətçilərin fəaliyyətinə göz yumur..." - MÜSAHİBƏ

16:45 | 28.11.2013
Rus politoloqu: " Nə qədər ki, hakimiyyət radikal millətçilərin fəaliyyətinə göz yumur..." - MÜSAHİBƏ

Rus politoloqu: " Nə qədər ki, hakimiyyət radikal millətçilərin fəaliyyətinə göz yumur..." - MÜSAHİBƏ

Rusiya Strateji Etnoqrafiya Mərkəzinin direktoru, Sankt-Peterburq İctimai Palatasının etnik qruplar arası qarşılıqlı təsir üzrə komitənin başçısı, politoloq Vitali Trofimov ANN.Az-a müsahibə verib.

- Xəbərlərə görə Rusiya Federasiyasında, ələxsus da Moskva və Sankt-Peterburqda millətlərarası gərginlik hələ də qalmaqda davam edir. Yaranmış vəziyyətlə əlaqədar sizin də mövqeyinizi bilmək istərdik.

- Rusiyanın böyük şəhərlərində gərginlik, həqiqətən, yüksəkdir, ancaq bunun həm obyektiv, həm də subyektiv səbəbləri var. Belə münaqişələrdə subyektiv səbəb nə qədər çox mənaya malik olursa, millətlərarası münaqişə də bir o qədər sürətlə pisləşir.

Məsələn, Peterburqda Qurban bayramının keçirilməsi ərəfəsində millətçilər əsl tamaşa “nümayiş” etdirdilər. Millətçi liderlərindən biri Nikolay Bondarik öz internet-səhifəsində "sadə rus oğlanı”nın asiyalı birisinin yaraladığı haqqında "Qurban bayramı. Birinci qan töküldü" qeydini yazdı. Sonra aydınlaşdı ki, Bondarik və onun bu, "sadə rus oğlanı" Volkov əvvəlcədən tanış imişlər və hətta müsəlmanların bayramı ərəfəsində hücum səhnələşdirməyə razılaşıblarmış. 

Adi məişət qıcıqlanması yaratmaqla siyasi karyera qurmaq olmaz, ancaq onu nifrətə yönləndirmək çox asandır. Əgər bununçün miqrantlar özləri problem yaratmırsa, onda həmin problemi yaratmaq mümkündür. Çoxları belə düşünür, amma bəziləri nəinki belə düşünür, həm də bu düşündüyünü həyata da keçirir.

- Miqrantların müəyyən hissəsi artıq Rusiya Federasiyasını tərk ediblər. Necə hesab edirsiniz, "Rusiya ruslar üçün" şüarını yaxın vaxtlarda həyata keçirmək realdırmı?

 

- Fikrimcə, reydlərin başlanması, miqrantların ölkədən çıxarılması, yaxud onların özlərinin könüllü çıxıb getməsi müvəqqəti görülmüş tədbirlərdəndir. İqtisadiyyatın və infrastrukturun müəyyən dəyişməz tələbləri var ki, miqrantlarsız keçinmək mümkün deyil. Çoxları anlayır ki, "Rusiya ruslar üçün" şüarı onlar üçün evlərin, qida məhsullarının, geyimin qiymətinin həddindən artıq qalxması demək olacaq. Buna görə bu şüarı irəli çəkən güclərə həmişə müxtəlif sosial qatlarda müqavimət olacaq.

- Sanki millətlərarası gərginlik kimsə tərəfindən qızışdırılır və müəyyən güclər üçün sərfəlidir. Yoxsa siz bunu tamamilə təbii proses hesab edirsiniz?

 

- Belə vəziyyətdə latın hüquqi prinsipi "Quid prodest-in" çox yerinə düşür. Əgər biz Biryulevoda  baş verən hadisələrin kimə sərfəli olmasını axtarsaq, nəinki merin ətrafında maraqları təmin olunmuş köhnə Moskva elitası ilə tərəvəz bazarında piştaxta arxasında duranların münaqişəsiylə, həmçinin də böyük biznesin maraqlarıyla qarşılaşarıq. Moskva meri Sergey Sobyanin artıq mövqeyini səsləndirib: tərəvəz bazalarının yerinə üç logistik mərkəz tikiləcək. Son illər ərzində Moskvada təxminən 30 böyük bazar bağlanıb, onların yerində artıq yeni hipermarketlər tikilir, torpaq sahələri yeni tikililərin altında bölünür. Bu isə pul, büdcə və gizli gəlir deməkdir.

 

Biryulevoda vəziyyətin qızışdırılmasını göstərən başqa faktorlar da var. Məsələn, KİV-də hadisələrin qeyri-bərabər işıqlandırılması. Güya münaqişə Moskvanın "rus" rayonlarından birində baş veribmiş.

 

- Bəs vəziyyət nə vaxt düzələr? Yeqor Şerbakovun qətlinə görə ittiham edilmiş Orxan Zeynalova oxunacaq hökm bu vəziyyətə təsir göstərə bilərmi?

- Hökmün oxunması, əlbəttə, ictimaiyyəti sakitləşdirəcək, amma uzun müddətlik yox. Nə qədər ki, hakimiyyət radikal millətçilərin fəaliyyətinə göz yumur və onların aksiyalarını lazımı qədər araşdırmır, onlar daim yeni qurbanlar tələb edəcəklər və "sadə rus oğlanların" özlərinin iştirakıyla münaqişələr yaradacaqlar. Əslində onların əksəriyyəti ya millətçi, ya da futbol azarkeşləri olurlar. Yeqor Sviridov, Maksim Sıçova, Andrey Uryupin və başqalarıyla da belə oldu.

 

- Millətlərarası gərginliklə bağlı vəziyyətin sonrakı inkişafını necə görürsünüz?

 

- Guya millətlərarası münaqişənin pisləşməsi barədə fikirlər yayılsa da, faktiki nöqteyi-nəzərdən o əhəmiyyətli sabitliyi saxlayır. Bəzi məqamlarda vəziyyət kəskinləşir, sakit vaxtlar da olur, amma bütovlükdə millətlərarası gərginlik haqqında KİV-də qurbanların və xəbərlərin miqdarı dəyişməz olaraq qalır.

  

Bu vəziyyəti pis tərəfə dəyişə biləcək yeganə hal – iqtisadi vəziyyətin kəskin pisləşməsi və ya yaxşılaşması ola bilər. Birinci halda rus əhalisinin əhəmiyyətli sayı kasıbçılıq həddində olacaq və Orta Asiyadan gəlmələrin təşkil etdiyi, birləşdiyi cəmiyyətlə rəqabət aparmağa məcbur olacaq. Onlar isə iqtisadi sistemdə alt mərtəbələri tutublar və öz yerlərini güzəştə getmək fikrində deyillər. İkinci halda – rifahın kəskin artması yeni müəssisələrin, yeni vakansiyaların açılışını, yeni tikintilərin olmasını tələb edəcək, bu isə daha çox miqrantın cəlb edilməsi deməkdir. Amma hələ ki iqtisadi böhranın olacağını heç nə müjdələmir və miqrantlarla mübarizə təhlükəli vətənpərvərlik oynunu xatırladır. Ona görə bu cəhətdən millətlərarası münasibətlər KİV-in təsvir etdiyindən daha sabit görünür.

Həmid Həmidov

ANN.Az 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb