Rusiya kosmosa qadın-kosmonavt Yelena Serovanı göndərir.ANN.Az saytı "CİHAN"a istinadən xəbər verir ki, Serova Beynəlxalq Kosmos Stansiyasında (BKS) vəzifə daşıyan ilk qadın kosmonavt hesab olunacaq.Bu gün BKS-də vəzifə daşıyacaq yeni kosmonavtların adları açıqlandı. İki gün sonra isə NASA kosmonavtı Barri Uilmor, Rusiyadan Aleksandr Samokutyayev və Yelena Serova Qazaxıstnadakı "Baykonur" stansiyasından kosmosa yola düşəcəklər. Hazırlıqlarını tamamlayan heyət hazırda dincəlirlər.Yelena Serova isə 17 illik fasilədən sonra Rusiyadan kosmosa qalxacaq ilk qadındır. 38 yaşlı Serova çox ciddi hazırlıqdan keçdiyini dilə gətirib. O, kosmosa səfərinin uğurlu olsun deyə yanında 2014-cü il Soçi Olimpiadasının simvollarından biri olan dovşan heykəlciyini götürəcəyini bildirib.Ekipaj üzvləri Yer kürəsi üzərində 50-dən cox dövrə vuracaq və açıq kosmosda olacaqlar.Rusiyadan ən sonuncu qadın kosmonavt 1997-ci ildə göyə qalxmışdı.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !