Rus qadınlara qadağa

20:20 | 26.02.2015
Rus qadınlara qadağa

Rus qadınlara qadağa

Rusiya deputatlarının hazırladığı yeni qanun layihəsi yaşı 40-dan aşağı olan qadınların tütün məhsulları almasını qadağan edir. Layihəni Dövlət Dumasının Kommunist Partiyasından olan 2 üzvü hazırlayıb. Layihədə deyilir ki, uşaq doğmaq yaşında olan qadınların siqaret çəkməsinə icazə vermək Rusiyada milli təhlükəsizlik üçün ciddi təhlükədir.

ANS PRESS-in məlumatına görə, bu barədə "Global Voices Online" portalı yazıb.

Bildirilib ki, qadının siqaret çəkməsi bədənin reproduktiv sisteminə və millətin genetik ehtiyatına bərpası mümkün olmayan ziyan vurur. Qanun yalnız hamilə deyil, bütün qadınlara aid ediləcək. Yetkinlik yaşına çatmayan övladının yanında qadına siqaret satılmayacaq.

Layihədə qadınlara qanunsuz siqaret satanlar üçünsə cərimə nəzərdə tutulub. Lakin ötən ilin iyunundan parlament komitəsinə təqdim olunan qanun layihəsi sosial şəbəkələrdə məsxərəyə qoyulub.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM