Dünyanın ən təhlükəli silahlarından birinin yaratdığı gecə həyəcanı
Bu gecə Ermənistan sakinləri havada gördükləri qəribə parıltılı obyektdən qorxuya düşüblər.
İstiPress-in erməni mətbuatına istinadən verdiyi məlumata görə, bəziləri bunun uçan naməlum obyekt sayıblar və ciddi narahat olublar.
Daha sonra İnternetdə Rusiyanın Həştərxan vilayətinin Kapustin Yar stansiyasından "Topol-M" qitələrarası ballistik raketinin buraxılmasının videosu yayıldı.
Rusiya Müdafiə Nazirliyinin təmsilçisi İqor Yeqorovun dediyinə görə, ekspermental başlıqlı raket sentyabrın 26-da buraxılıb. Tədris başlıqlı raket Qazaxıstandakı Sarı-Şaqan poliqonundakı hədəfi dəqiqliklə vurub.
Onun sözlərinə görə, Qazaıxstandakı Sarı Şaqan poliqonu Amerika kəşfiyyat peykləri tərəfindən izlənmir. Buna görə XX əsrin ortalarından Rusiyanın bütün gizli layihələrinin sınağı burada aparılır.
Qitələrarası "Topol-M" qitələrarası ballistik raketi 12 min kilometr məsəafəyə qədər olan hədəfləri vurmağa qadirdir. Həştərxandan havaya qalxmış və Qazaxıstandakı hədəfi vurmuş raketin Ermənistan üzərində görünməsi bir qədər sual doğurur.
Ola bilər ki, Rusiya tərəfi bu məlumatla izi azdırırlar, əslində vurulan hədəf Yaxın Şərqdə - Suriyada, ya da İraqda olub. Raket üçüncü ölkəyə də məxsu ola bilər ki, Ermənistan və Rusiya əhali arasında qorxu yaymamaq üçün dəqiq məlumatı gizlədə bilərlər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !