Rus sülhməramlılar üçtərəfli bəyanatı pozub - VİDEO

17:44 | 21.09.2021
Rus sülhməramlılar üçtərəfli bəyanatı pozub - VİDEO

Rus sülhməramlılar üçtərəfli bəyanatı pozub - VİDEO

Rusiyalı sülhməramlılar xüsusi evakuasiya beşiyi və Mi-8 AMTŞ tipli "Terminator” helikopterindən istifadə edərək təlim keçiriblər.
 
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib. 
 
Təlim dağlarda şərti yaralanmış şəxsin təxliyyəsi  ilə bağlı olub.
 
Xocalı hərbi hava limanında keçirilən təlimdə ordu aviasiya pilotları, hərbçilər və Rusiya sülhməramlı kontingentinin xüsusi təyinatlı tibb bölməsinin mütəxəssisləri iştirak ediblər. 
 
Mi-8 AMTŞ tipli "Terminator” helikopterinin təlimdə olması 10 noyabr bəyanatının pozulması kimi şərh edilir. Helikopter sülhməramlılar üçün nəzərdə tutulan hərbi texnika siyahısına daxil deyildi. Azərbaycan Müdafiə Nazirliyi təlimə münasibət bildirməyib.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM