Ermənistan mətbuatında ciddi narahatçılıq doğuran səfər başlayıb
Rusiyanın Ermənistandakı hərbi bazasında qış hərbi təlimlərinin nəticəsinə görə nəzarət yoxlamaları başlayıb.
ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən bildiriblər.
"Sahə şəraitində keçirilmiş təlimlərdə hərbi hissənin zabitləri, serjantları və əsgərləri təkərli və zirehli tank texnikasının idarə edilməsi, atıcı silahından və döyüş maşının silahından atəş açılması üzrə zaçot tapşırıqları yerinə yetirəcəklər”, - deyə mətubat açıqlamasında bildirilir.
Əslində, rus tankları Gümrüdə və İrəvanda keçiriləcək hərbi parada hazırlaşacaqlar. Rusiya ordusu Ermənistan rəhbərliyi ilə razılaşdırmadan İrəvanda və Gümrüdə hərbi parad keçirməyi qərara alıb. Bu, Ermənistan mətbuatında ciddi narahatçılıq doğurub. Erməni jurnalistlər rusların Ermənistanla müstəmləkə kimi davrandıqlarından şikayət edirlər. Onların yazdığına görə, Gümrüdə və İrəvanda paradlar rus dilində aparılacaq.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !