Rus təyyarəsinin raketlə vurulması təsdiqlənmədi

11:54 | 03.11.2015
Rus təyyarəsinin raketlə vurulması təsdiqlənmədi

Rus təyyarəsinin raketlə vurulması təsdiqlənmədi

Peyk görüntüləri bu həftəsonu Misirin Sinay yarımadasında Rusiya təyyarəsinin raketlə vurulmasına dair iddiaları təsdiqləmir. Bunu ABŞ rəsmiləri noyabrın 2-də bildirib.

Əksinə, həmin görüntülərə əsasən demək olar ki, təyyarə daxildən, bomba və ya yanacaq çəninin partlaması nəticəsində dağılıb.

"Nəsə bir partlayış olub və təyyarə xeyli yüksəklikdə parçalanıb. Hansısa raketin təyyarəni vurmasına dair sübut yoxdur,” bir rəsmi NBC News-a deyib.

Rəsminin sözlərinə görə, təyyarəni yer-hava tipli raket vursaydı, peyk onun izini qeydə almalıydı.

İslam Dövləti qruplaşmasına bağlı misirli yaraqlılar təyyarəni vurduqlarını iddia ediblər, Rusiya bunu dərhal təkzib edib.

Airbus A321 oktyabrın 31-də partlayıb, 224 nəfər həlak olub. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM