Rus turistlər Türkiyəyə səyahət etməyəcək

23:17 | 24.11.2015
Rus turistlər Türkiyəyə səyahət etməyəcək

Rus turistlər Türkiyəyə səyahət etməyəcək


Artıq bir neçə turizm firması Türkiyəyə səyahət paketi satmağı dayandırdığını açıqlayıb

 Rusiyanın "Rosturizm" Dövlət Agentliyi turizm şirkətlərinə birbaşa və ya üçüncü ölkələrdən Türkiyəyə səyahət paketlərini satmalarını dayandırmağı məsləhət görüb.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə "Rosturizm"in rəhbəri  Oleq Safonov bildirib. 
 
O, hazırda Türkiyədə olan Rusiya vətəndaşlarının sayı barədə məlumatların toplanıldığını söyləyib.
 
Qeyd edək ki, Rusiyada fəaliyyət göstərən bir neçə turizm şirkətləri Türkiyəyə səyahət paketi satmağı dayandırdıqlarını bəyan ediblər. "Natali turs" şirkəti Türkiyədə terror təhlükəsinin yüksək olması ilə bağlı bu gündən bu ölkəyə səyahət paketi satmağı dayandırdığını açıqlayıb. 

Digər turizm firması "TEZ tur" isə yaxın günlərdə belə addımı atacağını istisna etmədiyini bildirib. Bu səbəbdən şirkət Türkiyəyə getmək istəyənlərə bron etməməyi məsləhət görüb. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM